Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi

“Pensiya yaşı ilə bağlı müəyyən yanlış rəqəmlər səsləndirilir. Bu gün 60%-dən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda 40% sosial müavinət alanlar şəxslər var”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

“Bu gün pensiyaya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır”, – deyə nazir deputatların təkliflərinə münasibət bildirib.

 

Qeyd edək ki, bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif ediblər.

 

Mənbə

Share: