Nazir Türkiyə Azərbaycan Universitetinin yaradılmasının ləngiməsinin səbəbini açıqlayıb

Nazir Türkiyə Azərbaycan Universitetinin yaradılmasının ləngiməsinin səbəbini açıqlayıb

Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi düzgündür.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

Nazir qeyd edib ki, lakin bundan əvvəl akademik muxtariyyətin nə olduğu qanunda vahid bir tarif şəklində öz əksini tapmalıdır:

“Qanun elə çevik formada yazılmalıdır ki, hökumətə və digər qurumlara daha səmərəli işləməyə imkan versin. Bəzən hansısa ölkə ilə saziş imzalamaq istəyirik, lakin qanunvericiliklə bunu tənzimləmək olmur. Ona görə Milli Məclisə gəlmək məcburiyyətində qalırıq. Türkiyə Azərbaycan Universitetinin yaradılmasının ləngiməsi də qanunvericilikdə problemin olmasıdır”.

Mənbə

Share: