“Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir. Hər sahədə olduğu kimi tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur”.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda çıxışı zamanı deyib.