Nazir yoxa çıxdı – Yeni XİN başçısı təyin edildi

Çin parlamenti ölkənin xarici işlər naziri Qin Qanqı vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

 

Bildirilir ki, yeni qərarla Vanq Yi Çinin yeni xarici işlər naziri təyin edilib. O, 2022-ci ilin dekabr ayına qədər xarici işlər naziri olub, daha sonra Kommunist Partiyasının baş diplomatı təyin olunub.

 

Qeyd edək ki, Qin Qanq son bir ay ərzində ictimaiyyət qarşısına çıxmayıb. Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı açıqlama verməyib. Qərb mediası nazirin Çin telekanallarından birinin jurnalisti ilə nikahdankənar münasibət qurduğunu və buna görə ictimai sahədən yoxa çıxdığını bildirib.

Mənbə

Share: