Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Report-un məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.
F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.