Nazirdən uşaqpulu ilə bağlı AÇIQLAMA

“Milli Məclisin üzvləri həssas təbəqədən olan uşaqlara uşaqpulunun verilməsi ilə bağlı məsələni qaldırdı. Mən bu barədə dəfələrlə açıqlama vermişəm. Bir daha bildirirəm ki, bu gün həssas kateqoriyadan olan 600 min uşaq dövlətdən müavinət alır”.

 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

 

“Həmin vəsaitləri həm ünvanlı sosial yardım alan ailələrin övladları, həm sağlamlıq imkanları məhdud olan uşaqlar alır, həm də beş və daha çox övladı olan ailələr alır. Dövlətin və hökumətin yanaşması ondan ibarətdir ki, həssas kateqoriyadan olan uşaqlara dəstək verməliyik”.

 

Mənbə

Share: