Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı yeni qərar qəbul etdi

Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı yeni qərar qəbul etdi

Azərbaycanın Baş naziri “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarda dəyişiklik edib.

Milletinsesi.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:

– 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
– 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
– 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
– 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
– 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qeyd edək ki, qərar dekabrın 28-dən qüvvəyə minir.

Share: