Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub.
Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması, o cümlədən tranzit məqsədilə giriş-çıxış martın 9-u saat 10:00-dan etibarən bərpa olunub.
Qeyd edək ki, qadağa 5 martda, İranın Naxçıvana dron hücumundan sonra qəbul edilmişdi.


