Ukrayna, Latviya, Polşa, Estoniya və Litvanın mədəniyyət nazirləri Ukraynanın Mədəni İrsin Qorunması üzrə Beynəlxalq Fondun yaradılması təşəbbüsü ilə çıxış ediblər.
Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
“Yaxın tərəfdaşlarımızla – mədəniyyət nazirləri ilə Latviya – Nauris Puntulis, Polşa – Petr Qlinski, Litva – Simonas Kairis, Estoniya – Haydi Purqa və YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə köməkçisi Ernesto Ottone ilə birlikdə Ukraynada mədəni irsin qorunmasına həsr olunmuş görüş keçirdik”, – Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko deyib.
Qeyd olunub ki, təşəbbüslə əlaqədar növbəti addımların atılması planlaşdırılır.