“Bu gün elə bələdiyyə sədrləri var ki, doğurdan da bizimlə prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.
“Ona görə də 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik. Bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər. Amma biz inzibati nəzarəti həyata keçirən orqanıq, bizə qarşı prinsipiallıq edirlər. Onlar bizim təkliflərimizi tədbiq etmədikləri üçün verdikləri aktları qanunsuz hesab edirik”, – deyə nazir müavini vurğulayıb.