
Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara başlayıb.
Milletinsesi.az Unikal-a istinadla hazırda yoxlama aparılan tibb müəssisələrinin siyahısını təqdim edir:
– Kliniki Tibbi Mərkəz;
– Yeni Klinika;
– Sabunçu Tibb Mərkəzi;
– Bakı Baş Səhiyyə Mərkəzi;
– Gəncə Şəhər Birləşmiş Xəstəxanası;
– Lənkəran Rayon Mərkəzi Xəstəxanası.