Neft bahalaşıb

Mayın 7-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,60% artaraq 1 barelə görə 70,30 dollar təşkil edib.

Milletinsesi.az-ın məlumatına görə, mayın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,85% artaraq 61,92 dollar təşkil edib.

Share: