Neft fantastik qiymətə qalxa bilər

Neft qiymətləri 2025-ci ilə qədər 150 dollara qədər qalxa bilər.

Axar.az xəbər verir ki, bunu “Vol Strit Jurnal” qəzetinə açıqlamasında “Northern Trace Capital”ın rəhbəri Trevor Vuds deyib.

Onun sözlərinə görə, neft hasilatında investisiya həcminin azalması neft məhsulları bazarına güclü təsir göstərəcək.

Vuds belə maliyyə təzyiqləri ucbatından neft qiymətlərinin 2025-ci ilə qədər 150 dollara qədər bahalaşacağını bildirib.

Share: