Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.
ARDNF-dən Milletinsesi.az-a verilən məlumata görə, Fond tərəfindən 2019-cu ilin may ayı ərzində 352,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin aprel ayı ilə müqayisədə Fond tərəfindən mayda satılan dolların həcmi 20,2% azalıb.
Ötən ilin may ayı ilə müqayisədə isə bu göstərici 20%-ə yaxın azalıb.