Neft hasilatı ilə bağlı yeni qərar verildi

Neft hasilatı ilə bağlı yeni qərar verildi

OPEC+ ölkələri neft hasilatı üzrə hazırkı planı saxlamaq qərarına gəliblər.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu təşkilatdakı mənbə bildirib.

 

Bir müddət öncə OPEC+ sazişində iştirak edən ölkələr üzrə nazirlərin videokonfrans formatında görüşü keçirilib.

 

Görüşdən öncə kartelin hasilatı sutkada 2 milyon barel azaltmaq barədə danışıqlar apardığı barədə şayiələr yayılıb. Lakin görünən odur ki, bu iddialar öz təsdiqini tapmayıb.

Mənbə

Share: