Neft platformasında YANĞIN

Neft platformasında YANĞIN

Meksika körfəzindəki Cantarell yatağında “Pemex-in Nohoch-A” neft platformasının iki bölümündə güclü yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Meksikanın “Linea Directa” portalı məlumat yayıb.

 

Platformanın “Nohoch-A Compression” və “Nohoch-A Enlace” bölmələrində baş verən yanğından dərhal sonra heyət təxliyə edilib.

 

“Tribuna Campeche” xəbər verir ki, platformada yanğın partlayışdan sonra daha da güclənib. Partlayış zamanı 180 işçidən 5-i yaralanıb.

 

Yatağın platformalarında, ümumilikdə, 5 mindən çox insan işləyir.

Mənbə

Share: