Ötən gecədən bahalaşmağa doğru gedən neft bu gün səhər saatlarından ucuzlaşmağa başlayıb.
Milletinsesi.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 33,04 dollar, VTİ markalı neftin bir barreli isə 25,80 dollara düşüb.
Qeyd edək ki, bu gün OPEK+ ölkələrinin telekonfransı keçiriləcək. Konfransda neft hasilatının azaldılacağı və neft qiymətlərinin tənzimlənməsi yönündə qərarların veriləcəyi gözlənilir.