Dünya bazarlarında neft ucuzlaşıb. Ekspertlər bu xammala olan tələbin azalması əlamətlərini qeyd edirlər.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 0,28 % ucuzlaşaraq 93,74 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,16 % artaraq 1 bareli 87,64 ABŞ dolları təşkil edib.
“Qara qızıl” bazarında mənfi dinamika müşahidə olunur. Buna dünya iqtisadiyyatında müşahidə olunan resessiya əlamətləri və Çində tətbiq olunan məhdudiyyətlər səbəbindən neftə olan tələbin azalmasıdır.