Mayın 20-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,33% artaraq 1 barelə görə 72,18 dollar təşkil edib.
Milletinsesi.az-ın məlumatına görə, mayın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,33% artaraq 63,31 dollar təşkil edib.