Neftçalada Azərbaycan Polisinin 105-ci il dönümü QEYD OLUNDU

 

2 İyul – Azərbaycan Polisinin 105- ci il dönümü Neftçala rayonunda qeyd olunub.

Milletinsesi.az xəbər verir ki,tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, polis şöbəsinin kollektivi, şəhid ailələri və veteran polis işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin heykəli ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Ulu Öndərin həyat, fəaliyyətini əks etdirən xatirə şəkillərinə baxış keçirilib.

Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov,  Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev və digər natiqlər Azərbaycan polisinin keçdiyi 105 illik şərəfli xidmət yolundan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının  əvəzsiz rolundan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqətdən, qayğıdan danışıblar. Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.

Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbriki diqqətə çatdırılıb və bir qrup polis əməkdaşları  “Azərbaycan Polisinin 105-ci ildönümü”, polis orqanlarında vəzifələrini layiqincə yerinə yetirdiyinə görə fəxri fərmanlar təltif olunublar.

Sonda xatirə şəkili çəkilib.

Mənbə

Share: