“ Neftçi”dən ayrıldı, Portuqaliya klubuna keçdi

“ Neftçi”dən ayrıldı, Portuqaliya klubuna keçdi

Bu yay “Neftçi”dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Quzzo “Maritimu” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə “Neftçi”nin formasını geyinib. Bu ilin iyun ayında “Neftçi” Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Share: