“Neftçi”nin sabiq baş məşqçisi klubunu dəyişdi

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç klubunu dəyişib.

QOL.az xəbər verir ki, monteneqrolu mütəxəssis İranın “İstiqlal Xuzestan” klubu ilə müqaviləsini birtərəfli ləğv edib.

Persianfootball”da yer alan xəbərə görə, 56 yaşlı çalışdırıcı klubun maliyyə şərtlərini yerinə yetirmədiyi üçün ayrılıq qərarı verib. O, İranın digər yüksək liqa təmsilçisi “İstiqlal”a keçib. Bununla da Bojoviç 22-ci dəfə komandasını dəyişib. Onunla bu ilin iyununa qədər müqavilə imzalanıb. Qeyd edək ki, Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb. 

Share: