“Neftdən benzin almaq düşüncəsi artıq arxaik hesab edilir”

“Vaxtı ilə Azərbaycanın ilk boru kəməri olan Bakı-Batumi neft kəməri nəinki bizdə, həm də bütün dünyada  ən uzun neft kəməri olub. Bundan əvvəl neft məhsullarını dəvələrdə çəlləklərlə, tuluqlarla daşıyırdılar.

1886-cı ildə H.Z.Tağıyev və M. Nağıyev hökümətə tutarlı əsaslandırmalarından sonra hökumət tərəfindən kəmərə razılıq verildi. Amma boru kəməri ilə neftin, yoxsa emal prosesindən keçən kerosinin daşınması ilə bağlı suallar ortaya çıxanda iri neftayırma zavodlarının sahibləri buna qəti etirazlarını bildirdilər. 

Çünki xam neftin Qara dəniz sahilinə kütləvi daşınması, orada neftayırma zavodlarının yaranmasına gətirib çıxaracaqdır. Bu isə Bakıdakı zavodların sahibi olan sahibkarlar üçün xarici rəqiblərin yaranması demək idi”

 

 

Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib. Qeyd edib ki, buna görə də Azərbaycanın yerli sahibkarların maraqlarının müdafiəsi üçün Bakıdan Batumiyə qədər uzanacaq Azərbaycanın ilk neft kəməri olan ilə xam neftin deyil, kerosin daşınmasına dair qərar qəbul edilib:

 “Yəni hələ 138 il əvvəl sahibkarlarımız emalın iqtisadiyyat üçün nə qədər vacib olduğunu bildiklərindən ağır neft məhsullarını krekinq prosesinə cəlb edirdilər. Krekinqlə neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalayıb, nəticədə kiçikmolekullu karbohidrogenlərin əmələ gətirərək kerasin alırdılar. 

 

138 il sonra dünya neftdən 6000-dən çox məhsul düzəldir. Neftdən benzin almaq düşüncəsi artıq arxaik hesab edilir”.

Mənbə

Share: