Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Milletinsesi.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 70,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,66 dollar bahalaşaraq 59,29 dollar təşkil edib.