Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Milletinsesi.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 33,63 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar bahalaşaraq 31,78 dollar təşkil edib.