ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton İsrailin Baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə dəvət edib.
Moderator.az xəbər verir ki, Klinton bu barədə “MSNBC”yə müsahibəsi zamanı deyib:
“Netanyahu getməlidir. O, etibarlı lider deyil. Buna görə də 7 oktyabr hücumu məhz onun hakimiyyəti dövründə baş verdi”.
Sabiq dövlət katibi bununla belə İsrail dövlətinin Qəzza zolağındakı siyasətini müdafiə edib:
“Təcavüzkarla necə başa çıxmaq olar?! Biz onları dayandırmalıyıq”.