Netanyahu İsrailin Ukraynaya “Dəmir günbəz” verməsini istisna etmir

İsrailin baş naziri Benyamin Netanyahu “Dəmir günbəz” raket əleyhinə komplekslərin Ukraynaya verilməsini istisna etmir.

 

Modern.az xəbər verir ki, Netanyahu bu barədə CNN-ə müsahibəsində danışıb.

 

Jurnalistin İsrailin Ukraynaya, xüsusən də “Dəmir günbəz” tədarükündə kömək edə biləcəyini soruşub. Baş nazir belə bir ehtimalı inkar etməsə də, bu məsələnin ola biləcəyini istisna etməyib.

 

“Bu nəzərdən keçirilə bilər”.

 

İsrail hökumətinin başçısı Ukraynaya humanitar, yəni silahdan başqa yardımların verilməsi məsələsini də nəzərdən keçirdiyini bildirib. O, həmçinin qeyd edib ki, İsrail İranın Ukraynaya qarşı istifadə olunan silah istehsalına qarşıdır.

 

Netanyahu həmçinin bildirib ki, hər iki tərəf və ABŞ istəsə, Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazırdır.

 

Qeyd edək ki, “Dəmir günbəz” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanmış mobil hava hücumundan müdafiə sistemidir.

Mənbə

Share: