Netanyahu Trampa təşəkkür etdi: Böyük dostumuzdur

Netanyahu Trampa təşəkkür etdi: Böyük dostumuzdur

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa İranın üç nüvə obyektinə hücum etdiklərinə görə təşəkkür edib.

Milletinsesi.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Donald Trampı təbrik edirəm. ABŞ-ın ədalətli qüdrəti ilə İranın nüvə obyektlərini hədəfə almaq üçün cəsarətli qərarı tarixi dəyişəcək. Onlar analoqu olmayan bir uğur əldə etdilər. ABŞ-ın İrana hücumu Yaxın Şərqə sülh gətirəcək tarixi dönüş nöqtəsi oldu. Tramp və mən tez-tez güc vasitəsilə sülh deyirik. Əvvəlcə güc, sonra sülh gəlir. Və bu gecə ABŞ böyük güclə hərəkət etdi. Tramp İsrailin böyük dostudur”, – baş nazir söyləyib.

Share: