“Sambafoot”un versiyasına görə, PSJ-nin hücumçusu Neymar Avropada 2020-ci ilin ən yaxşı braziliyalı oyunçusu seçilib.
Milletinsesi.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasına dördüncü dəfə bu mükafata layiq görülüb. O, daha əvvəl 2014, 2015, 2017-ci illərdə ən yaxşı seçilib.
Beləliklə, Neymar Tiaqo Silvanı geridə qoyaraq Sambafoot mükafatlarının sayında lider olub.
Qeyd edə ki, Neymar ötən il PSJ-də 30 oyunda 23 qol vurub, 12 qolun ötürməsini verib.