Neymar Səudiyyə Ərəbistanı çempionatını tərk etməyi düşünür

Neymar Səudiyyə Ərəbistanı çempionatını tərk etməyi düşünür

Braziliyalı hücumçu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu tərk edə bilər.

Bu barədə “Sport.es” xəbər verib.

Mənbənin məlumatına görə, Neymar 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında iştiraka adekvat hazırlaşmaq üçün növbəti mövsümün sonunda Braziliyanın “Santos” klubuna qayıtmaq niyyətindədir.

Neymarın ətrafı onun “Əl-Hilal” ilə dörd illik deyil, bir illik müqavilə imzaladığını iddia edir.

Həmçinin bildirilir ki, Neymar 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının başlamasına bir il qalmış kluba qayıtmaq xahişi ilə “Santos”a şəxsən müraciət edib.

Xatırladaq ki, Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. O, bu mövsüm klubda üç oyun keçirib və iki məhsuldar ötürmə edib.

Mənbə

Share: