Neyrobiloqlar insan fikirlərini məsafədən də oxumağı öyrəndi…- “Science Alert

Neyrobiloqlar insan fikirlərini məsafədən də oxumağı öyrəndi…- “Science Alert

Əvvəllər tədqiqatçılar yalnız beynin dərinliklərinə xüsusi çiplər yerləşdirməklə fikirləri deşifrə edə bilirdilər. İndi bu hətta məsafədən də mümkündür.

 

Moderator.az xəbər verir ki, “Science Alert” yazıb. 

 

Elm adamları uzun illərdir insan beynini “sındırmaq” üzərində işləyirlər. Əvvəlki tədqiqatlarda elm adamları insan beyninə xüsusi çiplərin necə implantasiya olunacağını öyrəndilər, onların köməyi ilə sözün həqiqi mənasında olmasa da, insanın nə haqqında düşündüyünü başa düşmək olar. 

 

Yeni araşdırmada alimlər daha da irəli gediblər –  artıq çiplərə ehtiyac qalmayıb, insan beynini uzaqdan “sındırmaq” mümkün olacaq.

 

Ostindəki Texas Universitetinin nevroloqları funksional maqnit rezonans tomoqrafiyasından (fMRT) istifadə edərək insan düşüncələrini deşifrə etmək üçün qeyri-invaziv üsul hazırlayıblar.

 

Alimlər fMRT-dən istifadə edərək beyində oksigenlə zəngin qanın axınını izləyiblər. Aktiv beyin hüceyrələri daha çox enerji və oksigen tələb edir, bu isə o deməkdir ki, bu məlumat insan beyni fəaliyyətinin dolayı ölçüsünü təmin edir. Qeyd edək ki, bu skan üsulu real vaxtda beyin hüceyrələrinin fəaliyyətini tuta bilmir. Bununla belə, elm adamları insan düşüncələrini deşifrə etmək üçün mükəmməl bir ölçü olmasa da, bundan istifadə edə biləcəklərini müəyyən ediblər. Əlbəttə ki, nevroloqlar insanın düşüncələrinin tam hərfi tərcüməsini əldə edə bilməyəcəklər, lakin onlar insanların ümumilikdə nə düşündüklərini başa düşmək qabiliyyətinə malikdirlər. Tədqiqatın baş müəllifi Aleksandr Hutun sözlərinə görə, 20 il əvvəl alimlər bunun reallığa çevriləcəyinə inanmazdılar.

 

Tədqiqat zamanı alimlər üç nəfərin – 20-30 yaş arası bir qadın və iki kişinin beynini skan ediblər. Ümumilikdə, alıcıların hər biri 16 saatlıq müxtəlif podkastlara qulaq asıb və radio yayımlarını yazıblar – audiosessiyaların hər biri zamanı subyektlər skanerdə olub.

 

Yazılar alimlərin özlərinin “dekoder” adlandırdıqları xüsusi kompüter alqoritminə yerləşdirilib.

 

Sultan Laçın

Mənbə

Share: