Əməkdar artist Nigar Şabanova (Qaragözova) hərbçi həyat yoldaşından danışıb.
Millətin Səsi.az Teleqraf.com-a istinadən xəbər verir ki, Nigar Qaragözova “Xəzər” televiziyasında efirə çıxmayacağını bildirib:
“Azərbaycan qadınları çox dözümlüdür, güclüdür, səbirlidir. Ailə üçün çox fədəkardırlar. Biz hər şeyimizi ailəmiz üçün fəda edəcək qədər qürurlu Azərbaycan xanımlarıyıq. Düzdür, mənim üçün bu seçim çox çətin oldu. Bir müddət söz-söhbətə səbəb oldu. Həqiqətən bir yaradıcı, incəsənət adamı üçün çox çətindir. Çünki bir tərəfdə sənət, bir tərəfdə isə ailənin yanımda olmalısan.
Tədricən bir az sənətdən uzaqlaşamağa başlayırsan. Məsələn, həyat yoldaşım xidmətə gedəcək. Bu, mənim son efirimdir. O, gəlməyənə qədər efirə çıxa bilmərəm və sağ-salamat qayıtsın, üzüm gülsün”.
Qeyd edək ki, Nigar Şabanova hərbçi Xəyyam Qaragözov ilə ailə qurub.