Nikol Paşinyan azərbaycanlı jurnalistin sualını cavablamaqdan yayındı

Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı jurnalistin sualını cavablandırmaqdan yayınıb.

 

Belə ki, İTV-nin əməkdaşı Münhen Təhlükəsizlik Konfransında iştirak edən Paşinyana sual ünvanlayıb.

 

Jurnalist: “Cənab baş nazir, Ermənistan Konstitusiyasını dəyişəcəkmi?”, “Siz bu məsələdə qətiyyətlisinizmi?” suallarını ünvanlayıb.

Paşinyan isə suallara cavab verməyib.

Mənbə

Share: