“Niyə insanlar tibbi sığortadan istifadə edəndə bu qədər əziyyət çəkir?”

“Niyə insanlar tibbi sığortadan istifadə edəndə bu qədər əziyyət çəkir?”

“Bir nəfəri özəl klinikalardan birinə göndərdim. Kardioloq baxıb deyib ki, dərhal anju olunmalıdır, vəziyyəti ağırdır. İş günü deyildi, dövlət xəstəxanasına göndərmək mümükün olmayıb. Təsəvvür edin, adamın vəziyyəti pisdir, amma özəl klinika prosesi edə bilmir. Yalnız TƏBİB-in icazə verdiyi özəl xəstəxanalarda ola bilər? Nə üçün?”.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı yayımladığı video açıqlamada deyib. İnsanların İcbari Tibbi Sığortadan yararlandığı halda qarşılaşdığı problemlərdən danışıb. TƏBİB-ə müraciət edən Xoşqədəm bunları deyib:

“Dövlət sığortanı xalqın rifahı üçün edib. Bu gün İcbari Tibbi Sığortanın köməkliyi ilə imkansız, çarəsiz insanlar xəstəxanaya gedib əməliyyat etdirir. Maraq nədir ki, özəl klinikalarda bunu etdirmək mümkün deyil? Yaxud da mümkün olanın icazəsini siz verirsiniz? Nə üçün mən gedib özəl klinikada hüququmdan istifadə edə bilmirəm? Axı dövlət şərait yaradıb.

Adam ürəyi o halda qalıb. Üstəlik dövlət xəstəxanalarında İcbari Tibbi Sığorta ilə müalicə olacaq nə qədər insan dayanıb. Niyə insanların işini çətinə salırsınız? Pulu siz vermirsiniz. Belə bir qaydanı nəyi səbəb bilib edirsiniz? Niyə insanlar sığorta ilə istənilən klinikaya gedib yararlana bilməz? Bunun arxasında nə dayanır? Niyə insan gedib dövlət xəstəxanasında aylarla növbəyə dayanmalıdır?”.

Aparıcı Türkiyədə sığorta ilə müayinənin daha asan olduğunu vurğulayıb:

“Mən, Doğuş və uşaqlarımın Türkiyədə sığortamız var. Gedir istənilən özəl klinikaya yaxınlaşırıq, həmən hüququmuzdan yararlanırıq. Niyə Azərbaycanda bu mümkün deyil? Niyə gedirsən deyirlər gözlə dövlət xəstəxanasına gedəcəksən. İnasanın öləndən sonra növbəsi çatacaq?

TƏBİB-dən sualıma cavab verməsini istəyirəm. Nə üçün dövlət xəstəxanalarında sıra gözləməliyik?”.

Share: