“Niyə Moskvanın mərkəzində hava hücumundan müdafiə sistemləri quraşdırılır?..”

“Niyə Moskvanın mərkəzində hava hücumundan müdafiə sistemləri quraşdırılır?..”

“Bu, ötən ilin dekabr ayından Rusiya hərbi bazalarına Ukrayna tərəfindən edilən hücumlarla bağlıdır” (“Bloomberg”)

 

“Kreml müharibənin təhrikedici obrazını yaratmaqla Rusiya əhalisini uzunsürən müharibəyə və gələcək qurbanlara hazırlayır…” (ISW)

 

Rusiya hakimiyyəti Moskvanın “hava qalxanı”nı möhkəmlətməklə şəhərin düz mərkəzində, inzibati və ofis binalarının damında hava hücumundan müdafiə sistemlərini quraşdırmağa başlayıb. Rusiya paytaxtının ətrafinda belə obyektlər zənciri olduğu təqdirdə bunun nə səbəbə edilməsi barədə ekspertlər və analitiklər fikirlərini bölüşüb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Focus” nəşri yazıb.

 

Belə ki, “Bloomberg” agentliyinin mənbələri qeyd edir ki, Moskvada HHM sistemlərinin quraşdırılmasına ötən ilin dekabr ayından, Saratov və Ryazan vilayətlərində yerləşən hərbi bazalara Ukraynanın pilotsuz uçuş aparatlarının bir neçə hücumundan sonra başlanılıb.

 

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, yeni komplekslər Rusiya paytaxtı ətrafında artıq mövcud olan HHM sistemlərini tamamlamalıdır.

 

Ona görə də, əsasən, nisbətən yüksək sürətə malik olmayan uçuş aparatlarının ələ keçirilməsi üçün nəzərdə tutulan “Pansir-C1” sistemləri quraşdırılır.

 

Amerikanın müharibənin öyrənilməsi İnstitutunun ( ISW) analitikləri başqa fikirdədir. Onlar “Pansir”lərin yerləşdirilməsini Ukrayna tərəfindən təhlükə ilə əlaqələndirmir.

 

“Kreml Moskvada HHM sistemlərini ona görə yerləşdirib ki, müharibənin Rusiya cəmiyyəti üçün ən çox təhlükə kimi təsvir edən təhrikedici obrazlarını yaratsın”, – ISW-nin icmalında deyilir.

 

Amerikalı analitiklərinin fikrincə, bu üsulla Rusiya hakimiyyəti əhalini uzunsürən müharibəyə və gələcək qurbanlara hazırlayır.

 

ISW həmçinin hesab edir ki, Kreml çətin ki, Moskvaya Ukrayna tətəfindən təhlükəyə inansın, böyük ehtimalla, bu, göstərici oyundur, bu hərəkətlər Ukraynadakı müharibəni Rusiyanın Böyük Vətən müharibəsi ilə analogiyalar aparmaq narrativləri kontekstində yeni informasiya əməliyyatının bir hissəsi ola bilər.

 

Ukraynada Moskva binalarının damlarında HHM yerləşdirilməsi sərt gülüş obyektinə çevrilib. Kreml susmağa üstünlük verir.

Mənbə

Share: