
Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub.
Axşam.az xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın videosunu yayımlayaraq, bunları əlavə edib:
“Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”.
Bloger onun nədən həbs olunduğunu açıqlamayıb.
Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş Etdirmişdi.Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.