Bakının Nizami rayonunda – “Qara Qarayev” metro stansiyasının yaxınlığında, Kamil Balakişiyev və Əlif Hacıyev küçəsinin kəsişməsində istismar müddətini başa vurmuş kollektor yolun çökməsinə səbəb olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
“Bu ərazidən “Azərsu”yun 1 200 millimetrlik 8-ci km kollektoru keçir. SSRİ dövründə tikilmiş kollektorun borusunda çökmə olub, onun 10-12 metrlik hissəsinin dəyişdirilməsinə ehtiyac var. Quruma məsələ ilə bağlı məlumat daxil olan kimi ərazini təhlükəsizlik tədbirlərinin görülməsi üçün çəpərləmişik. “Bakı Sukanal” İdarəsi nin əməkdaşları həmin yerə cəlb edilib və artıq təmir işləri üçün hazırlıq görülür”, – o deyib.