
Bu toplumun üzvləri müharibəyə yox deyib, guya bəşəri dəyərlərə sahib olduqlarını nümayiş etdirmək istəyirlər. Əslində onlar kənardan idarə olunan və Azərbaycan daxilində Azərbaycan əleyhinə kompaniya aparan bir zümrədir. Bəşəri dəyərləri “başılarının üzərində gəzdirib” Azərbaycanın haqq işinə yox deyən bu zavallılar guya azərbaycanlıdırlar. Şübhə edirəm ki, əxlaqı deqradasiya etmiş bu kəslər azərbaycanlı ola bilsinlər. Bu adamların damarlarında azərbaycanlı qanının olması mümkün deyil. Ermənilər Bakını və Azərbaycanın digər yaşayış məntəqələrini tərk edəndən sonra, tək paytaxtımızda 30 mindən çox erməni qadınının qaldığı deyilirdi. Heç şübhəsiz ötən müddətdə bu say bir xeyli artıb. Xüsusi xidmət orqanlarımız bu “No War” – çıların köklərini bir qədər dərindən araşdırsalar, ortaya öz dayılarına güllə atılmasını istəməyən bir zümrə çıxacaqdır.
Damarında azərbaycanlı qanı axan bir kəs Xocalıda, Başlıbeldə və Qarabağ torpaqlarımızın digər yaşayış məntəqələrində erməni faşistlərinin törətdikləri vəhşiliklərlə necə barışa bilər? Bununla barışmaq üçün elə erməni olmaq gərəkdir. Şəhidlərimizin ruhunu təhqir edən bu erməni tör-töküntülərinə hüquqi müstəvidə layiqli cavab vermək dövlətimizin borcudur. Çünki onlar Azərbaycanı “işğalçı dövlət”, “aqressor” adlandırmaqla dövlətimizi təhqir etmiş olurlar.
Bizim cəmiyyətimizin feministlərin gətirə biləcəyi demokratiayya ehtiyacı yoxdur. Bu yaramazların fəaliyyətinə hüquqi qiymət vermək və mümkün variantlardan biri kimi onları dayılarının yanına göndərmək, yəni ölkədən deportasiya etmək ən doğru addım olardı.
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor,
“Ekonomiks” Beynəlxalq İqtisadi
Araşdırmalar İctimai Birliyinin sədri