Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.
Milletinsesi.az APA-ya istinadən xəbər verir ki, mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.
2019-cu il Nobel Sülh Mükafatı Efiopiya Baş Naziri Abiy Əhməd Əliyə təqdim edilib.
Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.