Notr-Dam kilsəsinin qeyri-adi bərpa variantları

Paris Notr-Dam (Paris Məryəm ana) kilsəsinin yanmasından bir ay ötür.

Tarixi abidənin bərpasının azı beş il sürəcəyi gözlənilir. İndi dünyanın müxtəlif memarlıq büroları və dizayn studiyaları bərpa ilə bağlı bir-birindən maraqlı variantlar təklif edir. Rusiyanın “Arqumentı i Faktı” qəzeti həmin kompozisiyaları toplayaraq ən maraqlıları barədə yazı hazırlayıb.

Fransanın “Vincent Callebaut Architectures” memarlıq bürosu kilsənin damının şüşədən hazırlanmasını tövsiyə edir. Adı “Palingenesis” qoyulub. Yunancadan tərcümədə “dirçəliş” deməkdir. Ağac karkası örtəcək şüşə gün işığında xoş görüntü yaradacaq.

Memarlar kilsənin damında ferma açmağı da məsləhət görür. Burada hər kvadratmetrdən 25 kiloqram meyvə-tərəvəz götürmək mümkündür. Sonradan məhsulu pulsuz paylamağı tövsiyə edirlər. Slovakiyanın “Vizum Atelier” studiyasının dizaynerləri kilsənin sıradan çıxmış qülləsinin əvəzinə projektor təklif edirlər. Projektorun işığı səmaya yönəldiləcək.

Fransız dizayner Kleman Villeman kilsənin damının açıq olmasını istəyir. Belədə bağ da salmaq olar. Dizayner bunu məhv olan bütün heyvan və bitki növlərinə həsr etdiyini bildirir. İtalyan memarlar Massimiliano və Doriana Fuksas qülləni “Baccarat” xrustalından düzəltmək fikrindədir. Damın işıqlandırılmasını da təklif edirlər. Fransız memar və rəssam Devid Derunun layihəsi də özünəməxsusdur. Xeyli müasir memarlıq çalarları gözə dəyir.”Kiss the architect” dizayn-bürosunun futuristik konsepti “A Foolish Folly” adlanır. Maraqlı layihədir. Bu sözləri “Godart + Roussel”in memarlarının versiyası haqda da demək olar./Bizimyol.info

Share: