Növbəti il qazlaşmada diqqət cənub zonasına ayrılıb

Növbəti il qazlaşmada diqqət cənub zonasına ayrılıb

Hazırda ölkə ərazisində qazlaşma səviyyəsi 96,3 faiz təşkil edir. Bu da qonşu ölkələr və hətta inkişaf etmiş ölkələrdə olan qazlaşma səviyyəsindən daha yüksəkdir. Növbəti ildə də qazlaşma işlərinin davam etdirilməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

 

O bildirib ki, növbəti il əsas önəm kənd sayı daha çox olduğuna görə, cənub zonasındakı yaşayış məntəqələrinin qazlaşmasına verilib: “Eyni zamanda, bu zonada sıx meşələr mövcuddur və mənfi təsirlərin minimallaşdırılması üçün məqsədəuyğundur. Qazlaşdırma tədbirləri çərçivəsində bu il 500 kilometrdən artıq boru xətləri çəkilib. Bunlardan 525 kilometri regionların, 40 kilometri isə Bakı şəhərinin payına düşür. Bakı şəhəri ərazisində qazlaşmamış böyük yaşayış massivləri demək olar ki, yoxdur”.

Mənbə

Share: