Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.
Millətin Səsi.az xəbər verir ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə daha 38 ailə – 139 nəfər yola salınıb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


