Növbəti köç karvanları bu kəndlərə çatdı

Növbəti köç karvanları bu kəndlərə çatdı

Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb.

Millətin Səsi.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə 7 ailə – 31 nəfər, Həsənriz kəndinə 10 ailə – 54 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə isə 15 ailə – 66 nəfər köçürülüb.

Bununla Vəngliyə 124 (482 nəfər), Kolatağa 33 (120 nəfər), Daşbulağa 34 (133 nəfər), Həsənrizə 255 (989 nəfər), Badaraya isə 28 ailənin (220) daimi qayıdışı təmin edilib.

Share: