Noyabrda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı dörd dəfə artıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayı sürətlə artır.

Milletinsesi.az xəbər verir ki, noyabr ayının əvvəlindən sonuna kimi Azərbaycanda koronavirusa yoluxanların sayı təxmini 4 dəfə artıb. Məsələn, əgər noyabrın 1-də Azərbaycanda 1175 yeni yoluxma faktı qeydə alınmışdısa, 29-da bu rəqəm 4170 olub.

Bu müddət ərzində koronavirusdan ölənlərin sayı da təqribən 4 dəfəyə yaxın artıb. Noyabrın 1-də ölkədə COVID -19-dan ölənlərin sayı 10, ötən gün isə 38 olub.

Mütəxəssislərin fikrincə, virusun yayılmasına səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara lazımınca əməl edilməməsidir.

Onlar hesab edirlər ki, əgər proses belə davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə bilər. Odur ki, vətəndaşlar bu məsələyə həssas yanaşmalı və müvafiq qaydalara əməl etməlidirlər.

Share: