Nuland ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edəcək

İyulun 29-dan etibarən Viktoriya Nuland ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edəcək.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.

Qeyd olunub ki, mayda ABŞ xarici siyasət departamenti rəhbərinin birinci müavini vəzifəsini tərk edərək dövlət qulluğundan getmək niyyətini açıqlayan Vendi Şerman iyulun 29-dək bu vəzifədə çalışacaq.

Xatırladaq ki, V.Nuland 2021-ci ilin mayından ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavinidir.

Mənbə

Share: