Nüvə silahı ilə bağlı vəziyyətə nəzarət edirik

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynadakı müharibənin ildönümü ilə bağlı fevralın 24-də tədbirlərin keçirilməsi haqda iddialara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında müharibənin başlamasının ildönümü ilə bağlı hər hansı rəsmi tədbirin planlaşdırıldığını eşitmədiyini söyləyib.

 

O, həmçinin Rusiyanın güclü olduğunu bildirib.

 

“Rusiya Federasiyası güclüdür və nüvə silahları ilə bağlı vəziyyətə nəzarət edir”, – Kremlin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Mənbə

Share: