O, bizi “qoyun” adlandıranda təhqir sayılmır, mən “donuz” deyəndə təhqir sayılır?

Keçmiş diplomat İsfəndiyar Rusiya Dövlət Dumasının deputatı və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə və ruslar haqqında söylədiyi fikirlərə görə heç kəsdən üzr istəmyəcək.

Gununsesi.info bildirir ki, bu barədə sabiq diplomatın özü “Osmanqızı” internet kanalına müsahibəsində deyib.

Jirinovskinin zaman-zaman Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirdiyini xatırladan İsfəndiyar Vahabzadə bildirib ki, cavabı adekvat olub:

“Vaxtilə deyib ki, Azərbaycanda 8 milyon qoyun yaşayır. Sonra deyirdi ki, onların sayı 9 milyona çatdı. Necə olur, o, azərbaycanlıları qoyun adlandıranda təhqir sayılmır, mən “donuz” deyəndə təhqir sayılır “, – Vahabzadə bildirib.

O, Jirinovskinin bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin notasını “zəif” adlandırıb. Bu, hətta etiraz notası da deyildi. “Kimsə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqirlərə cavab verməliydi “, – Vahabzadə deyib.

 

Share: