“O sözlərdən bezdim” – 18 illik maşınını satdı

“O sözlərdən bezdim” – 18 illik maşınını satdı

Müğənni Xuraman Şuşalı 18 ildir idarə etdiyi avtomobilini satıb.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb:

“Sevdiyim maşınımla ayrıldıq, düz 18 il sürdüm ağ atımı. Yolun açıq olsun. İnanın ki, ətrafımda hər kəs dedi ki, “Sat, sat, bu sənə yaraşmır”. O sözlərdən bezdim. Bir də ki, 4.2 benzin mühərrik idi”.

Share: