“O, sürüşkən, tülkü xislətli biridir”

“Ermənistanın baş naziri Nikol Paşinyan sürüşkən, tülkü xislətli biridir və onun Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlər bunu bir daha sübut edir”.

 

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, Paşinyanın bu açıqlamasının arxasında Qərbdəki bəzi qüvvələrin maraqları dayanır:

 

“Paşinyan Qarabağın öz müqəddəratını təyinetmə hüququndan danışmaqla özünü növbəti dəfə gülünc vəziyyətə salır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və hər zaman da belə qalacaq.

 

Paşinyanın sülhə yox, gərginliyə xidmət edən bu fikirlərinin araxsında Qərbdəki bəzi qüvvələrin maraqları dayanır. O qüvvələr ki, onlar regionda yeni bir gərginliyin yaşanmasında maraqlıdır. Lakin Azərbaycan bu təxribatlara uymayacaq. Azərbaycan Müzəffər Ali baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarını azad edib,  suverenliyini bərpa edib və bu prosesin geri dönüşü yoxdur”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: