Ödəmə terminalından 5 min manat oğurlandı

Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: